Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son sutkada kəskin artıb. Son bir gündə ölüm hadisəsi 412 nəfər artaraq ölkə üzrə ümumilikdə 37460-a yüksəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Fransada yeni növ virusdan 134 nəfər ölmüşdü.