Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bu il gündəlik qaz hasilatı 7,5% artıraraq 244,2 mln. barelə (38,8 mln. kubmetr) çatacağını proqnozlaşdırır.
"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook Update" adlı hesabatına istinadən verdiyi məlumata görə, gələn il isə ölkədə gündəlik qaz hasilatı 6,7% artaraq 260,7 mln. barel (41,4 mln. kubmetr) təşkil edəcək.