Rusiya yeni növ koronavirusa yoluxma sayına görə Böyük Britaniya və İtaliyanı qabaqlayaraq dünya ölkələrinin sıralamasında üçüncü yerə yüksəlib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, son sutka ərzində Rusiyada 11 656 nəfər koronavirusa yoluxub. Ölkə ərazisində indiyə kimi ümumilikdə COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.
Böyük Britaniya və İtaliyada isə indiyə kimi müvafiq olaraq 219 183 və 219 070 yoluxma halı qeydə alınıb.
Dünyada koronavirusa yoluxma sayına görə ilk yeri ABŞ (1 309 541), ikinci yeri isə İspaniya (224 390 nəfər) tutur.