Neft-qaz boru kəmərlərinin sualtı yoxlanılması zamanı idarəetməni itirən aparat təhlükəsiz yerə gətirilib

Neft-qaz boru kəmərlərinin sualtı yoxlanılması zamanı idarəetməni itirən aparat təhlükəsiz yerə gətirilib
# 21 may 2020 15:45 (UTC +04:00)

2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yer­lə­şən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçi­riən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında na­sazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat külə­yin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən xəbərə görə, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış təd­birlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınaraq təh­lükəsiz yerə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR