Salyan rayonunda 39 yaşlı kişinin meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında yaşadığı evin yaxınlığında Salyan şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Emin Hidayət oğlunun meyiti aşkarlanıb. Yaxınları bildirib ki, ötən gün Bakı şəhərində olan E. Rzayevin meyitinin Salyanda evinin yanında aşkarlanması şübhələr doğurur.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə aparılıb. Meyitin xarici müayinəsi zamanı hər hansı zorakılıq əlamətlərinin aşkarlanmadığı bildirilir. Ölümün səbəbləri daxili müayinənin nəticələri əsasında aydınlaşdırılacaq.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.