Azərbaycanda bu ilin yanvar-mart aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 289,8 mln. manatlıq məhsul istehsal edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 36,7%, kimya sənayesində 25,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 25% artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 89,4%, propilen istehsalı 18%, etilen istehsalı 16,5% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1%, bərk polipropilen boruların istehsalı 67,8% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2020-ci il, yanvar-mart |
2019-cu ilim yanvarı-mart ilə nisbətən, % |
Azot, min kub m |
5 643,8 |
101,1 |
ondan əmtəəlik |
183,7 |
0,4 |
Yod, ton |
43,6 |
91 |
Oksigen, min kub m |
552,7 |
70 |
ondan əmtəəlik |
539,1 |
69,8 |
Propilen, min ton |
34,8 |
118 |
ondan əmtəəlik |
34,7 |
118 |
Polietilen, min ton |
24 |
71,6 |
Etilen, min ton |
42,4 |
116,5 |
Metanol (metil spirti), min ton |
120,1 |
189,4 |
Lak-boya məmulatları, ton |
2456,2 |
48,6 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
6478,2 |
158,4 |