Dieqo Qodin “İnter”ə keçib

Dieqo Qodin “İnter”ə keçib
# 01 iyul 2019 10:41 (UTC +04:00)

Uruqvay milli komandasının futbolçusu Dieqo Qodin karyerasını İtaliyada davam etdirəcək.

APA-nın məlumatına görə, cənubi amerikalı müdafiəçi Milanın “İnter” klubu ilə anlaşıb.

2010-cu ildən İspaniya “Atletiko”sunda çıxış edən futbolçu yeni komandasına azad agent kimi keçib. O, doqquz il şərəfini qoruduğu Madrid təmsilçisinin heyətində 277 oyunda 17 qol vurub. D.Qodin İspaniya çempionatının, kubokunun və Superkubokunun qalibi olub, iki dəfə Avropa Liqası, üç dəfə UEFA Superkubokunu qazanıb.

Qeyd edək ki, Uruqvay yığmasında 126 oyun keçirən 33 yaşlı müdafiəçi bu göstəricidə rekordçudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR