Əfqanıstanda humanitar ərzaq yardımının paylanması zamanı 7 nəfər ölüb

Əfqanıstanda humanitar ərzaq yardımının paylanması zamanı 7 nəfər ölüb
# 09 may 2020 19:58 (UTC +04:00)

Mayın 9-da Əfqanıstanın Qor əyalətində keçirilən etiraz aksiyası zamanı dörd etirazçı, iki polis əməkdaşı və bir jurnalist ölüb. Toqquşmaya səbəb, insanların fikrincə, ərzağın ədalətsiz paylanması olub.

APA-nın “BelTA”ya istinadən verdiyi məlumata görə, bu barədə “TOLOnews” telekanalı bildirib.

Kanalın məlumatına görə, 10 polis və ən azı 9 mülki şəxs yaralanıb.

“Reuters”in məlumatına görə, 300-ə yaxın insan etiraz aksiyası keçirib, onlardan bəziləri qubernatorun iqamətgahına girməyə çalışıb. Aksiya iştirakçıları atəş açıb və bunun nəticəsində polislər də cavab atəşi açmağa məcbur olub.

Qeyd edək ki, Əfqanıstanda koronavirus pandemiyası səbəbindən ehtiyacı olanlara ərzaq məhsullarının paylanmasına başlanılıb. Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehin bildirib ki, ərzaq paylanmasına görə heç kim siyahıdan xaric olunmayacaq, hakimiyyət koronavirus səbəbindən zərər çəkənləri dəstəkləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR