“Dost və tərəfdaş ölkələrə yardım göstərilir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycanın xarici siyasətində humanitar diplomatiya mühüm yer tutur: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırıb. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək”.