Azərbaycan Premyer Liqası klublarının məşqə çıxmasına növbəti mərhələdə baxıla bilər

Azərbaycan Premyer Liqası klublarının məşqə çıxmasına növbəti mərhələdə baxıla bilər
# 18 may 2020 18:05 (UTC +04:00)

"Son yumşalma mərhələsində futbol komandalarının kiçik qrup şəklində məşqi barədə qərar yoxdur".

Apasport.az saytının məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Premyer Liqa klublarının məşqlərinin bərpa olunması ehtimalına münasibət bildirən qurum rəsmisi bunun müzakirə olunacağını söyləyib: “Bu məsələ aktiv müzakirə fazasındadır. Vəziyyətdən asılı olaraq, növbəti mərhələlərdə buna qayıdıla bilər”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən XX turdan sonra dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR