Qubada yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü xəsarət alıb

Qubada yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü xəsarət alıb
# 29 iyun 2019 15:46 (UTC +04:00)

Bu gün Quba rayonunda yaşayış evində partlayış olub.

APA-nın şimal bürosunun verdiyi məlumaat görə, hadisə rayonun Amsar kəndində qeydə alınıb. Kənd sakini, 1986-ci il təvəllüdlü İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı daxil olmaqla, onun həyat yoldaşı- 1990-cı il təvəllüdlü İlahə Nuriyeva və övladları 4 yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR