"Texas light" neftinin qiyməti mənfi 38 dollara düşüb - YENİLƏNİB

"Texas light" neftinin qiyməti mənfi 38 dollara düşüb - YENİLƏNİB
# 21 aprel 2020 00:41 (UTC +04:00)

Amerikanın “Texas light” (WTI) markalı neftinin qiyməti Nyu-York birjasında 300 faiz ucuzlaşaraq bir barel üçün -37,63 dollara enib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 23:35-ə olan məlumata görə, “WTI” neftinin may füçersləri bu gün əvvəlcə sıfıra, daha sonra mənfi səviyyəyə düşərək tarixi antirekord vurub.

Belə bir sensasiyalı eniş çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə əlaqələndirilir. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur – tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri doludur.

Koronavirus pandemiyası nəticəsində ölkələr sərhədləri bağlayıb, müəssisələr işini dayandırıb ki, bu da neftə tələbin kəskin azalmasına səbəb olub.

***

Saat 23:07

"West Texas Intermediate" (WTI və ya "Texas Light sweet") markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.

May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.

Belə görünməmiş qiymətlər çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə izah olunur. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur - tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri, demək olar ki, doludur.

“Texas light” neftinin iyun füçersləri də 18 faiz azalaraq 20 dollara qədər, Şimal dənizinin “Brent” markalı neft qarışığı isə təxminən 10 faiz azalaraq bir barelinin qiyməti 25,43 dollara enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR