Rusiya 146 vətəndaşını Azərbaycandan təxliyə edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 146 sərnişini olan təyyarə Bakıdan yerli vaxtla 14:37-də Moskvaya uçub. Təyyarənin Moskvanın Şeremetyevo hava limanına 17:41-də enəcəyi qeyd olunur.
Qeyd edək ki, martın 27-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar Rusiya digər ölkələrlə müntəzəm və çarter reysləri dayandırıb. Mayın 16-25 tarixlərində Rusiya xarici ölkələrdə qalan vətəndaşlarını ölkəyə gətirməyi planlaşdırıb.