İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb

İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb
# 19 oktyabr 2020 23:39 (UTC +04:00)

İngiltərə Premyer Liqa klublarının koronavirus testinin növbəti mərhələsinin nəticələri açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, 12-18 oktyabr tarixlərində yeni yoluxma faktının aşkarlandığı müəyyənləşib.
 
Bu dəfə futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar.
 
Qeyd edək ki, Premyer Liqada hazırda “Everton” 13 xalla turnir cədvəlinə başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR