Deputat: “Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti qarşı tərəfdə qıcıq doğurur”

Deputat: “Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti qarşı tərəfdə qıcıq doğurur”
# 19 may 2020 11:53 (UTC +04:00)

“Dağlıq Qarabağda yaşayan bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bizimlə birlikdə sülh şəraitində yaşamaq istədiklərini bildirirlər”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı deputat, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyənlərin sırasında Dağlıq Qarabağın erməni sakinləri də var.

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər sakinləri öz ətraflarında birləşdirməlidirlər. Onlar tezliklə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrinin və işğalçı rejimin oradakı mövcudluğuna son qoymalıdırlar. Son dövrlər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”, - deyə deputat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR