Pandemiya dövründə uçuş zamanı ümumi prosedurlar açıqlanıb

Pandemiya dövründə uçuş zamanı ümumi prosedurlar açıqlanıb
# 11 iyun 2020 17:42 (UTC +04:00)

Pandemiya dövründə uçuş zamanı ümumi prosedurlar açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, uçuş heyəti bütün uçuş müddətində fərdi qoruyucu vasitələrindən mütləq qaydada istifadə edir (tibbi maskalar, rezin əlcəklər, üz sipərləri), təhlükə səviyyəsi yüksək olan reyslər yerinə yetirilərkən xüsusi qoruyucu kombinezon geyilir və eynək taxılır, kabinə ekipajı tərəfindən sərnişinlərin sağlamlıq vəziyyəti bütün uçuş zamanı müşahidə edilir, sərnişinlərə bütün uçuş müddətində hava gəmisi salonunda gəzmə, sanitar qovşağına gediş istisna olmaqla, yol verilmir, pilotlar xüsusi zərurət olmadığı təqdirdə təyyarənin salonuna keçməməlidir.

Qeyd olunub ki, epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat verilir (audio, video və s. vasitəsilə).

Uçuş zamanı xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə prosedurlar:

-uçuş zamanı COVID-19 əlamətləri aydın müəyyən edilən sərnişin aşkar edildiyi təqdirdə dərhal hava gəmisi kapitanına məlumat verilməklə, həmin sərnişin respirator maska ilə təmin edilir və digər sərnişinlərlə təhlükəsizlik məsafəsinin (ən azı 2 oturacaq) saxlanılması məqsədilə onun yeri dəyişdirilir, mümkün olduqda isə ən arxa oturacağa yerləşdirilir. Xəstəyə ilkin tibbi yardım göstərilir vəilkin antiepidemik tədbirlər həyata keçirilir;

-şərait imkan verdikdə, bir sanitar qovşaq xəstəliyə şübhəli şəxs üçün ayrılır;

- həmin şəxsə qulluq üçün bir təyyarə bələdçisi ayrılır, bələdçi respiratorlu maskadan istifadə edir. Xəstəliyə şübhəli şəxsə qulluq edən bələdçinin digər sərnişinlərlə və onların əşyaları ilə təmasda olmasına yol verilmir;

-xəstəliyə şübhəli şəxsin istifadə etdiyi qabların, əşyaların ayrıca polietilen paketdə qablaşdırılması təmin edilir;

-xəstəliyə şübhəli sərnişin və onun səhhətinin vəziyyəti barədə məlumat pilot tərəfindən dispetçer vasitəsilə aidiyyəti üzrə hava limanındakı tibb məntəqəsinə və əməliyyat mərkəzinə bildirilir;

-xəstəliyə şübhəli şəxs son növbədə hava gəmisindən təhlükəsizlik tədbirləri görülməklə çıxarılaraq tibb işçilərinə təhvil verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR