Bakıda əcnəbi vətəndaşa qarşı cinayət törədilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da əcnəbi vətəndaş Z.Kotsevaya zor tətbiq edərək içərisində 120 manat və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb.
Araşdırma aparılır.