Şəkidə 31 yaşlı kişinin meyiti tapılıb

Şəkidə 31 yaşlı kişinin meyiti tapılıb
# 08 iyul 2019 11:42 (UTC +04:00)

Şəkidə 31 yaşlı şəxs mənzilində ölüb.

APA-nın məlumatına görə, rayonun Baş Zəyzid kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Kamran Rəcəb oğlu İsgəndərov yaşadığı evdə yataq otağındakı çarpayının üzərində arvadı Səfa İsgəndəriva tərəfindən ölmüş vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, üzərində heç bir zorakılıq əlamətləri və hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR