Azərbaycan XİN Rusiyada baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan XİN Rusiyada baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib
# 06 may 2019 11:34 (UTC +04:00)

"Moskvada "Şeremetyevo" hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığımızı ifadə edirik".

Bu barədə XİN-in "twitter" səhifəsində qeyd olunub. “Ölənlərin ruhu şad olsun. Yaralıların tez bir zamanda sağalmalarını diləyirik. Yaxınlarına və əzizlərinə səbir arzulayırıq”,-deyə XİN bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Sheremetevo” hava limanından qalxdıqdan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində 41 nəfər ölüb. Qəza zamanı 37 nəfər sağ qalıb. “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmansk istiqamətində uçmaq üçün havaya qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR