Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 2531,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü daşınməş yüklərin 33% neft yükləri təşkil edib.
Məlumata əsasən, yanvar-may aylarında dəniz limanları tərəfindən 3768,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3578,9 min tonunu və ya 95% tranzit yüklər təşkil edib.
“2020-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 99,3 min ton olub”, - deyə məlumatda qeyd edilir.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 9,9% azalaraq 6,4 min nəfər olub.