“Azərbaycan diplomatiyası” elektron resursun təqdimatı keçirilib

“Azərbaycan diplomatiyası” elektron resursun təqdimatı keçirilib
# 05 iyul 2019 14:03 (UTC +04:00)

Prezident Kitabxanasının hazırladığı “Azərbaycan diplomatiyası” (azdiplomacy.preslib.az) adlı elektron resursunun təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, resurs 6 fəsi və 19 bölmədən ibarətdir.

Onun sözlərinə görə, “Ümumi məlumat” adlanan birinci fəsildə Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatik əlaqələri barədə yığcam məlumat verilir.

Direktor bildirib ki, elektron resursun növbəti fəsli “Diplomatiya tarixi” adlanır, bu fəsil 6 bölmədən ibarətdir: "Bu bölmədə Azərbaycan Xalq Cümhuriyyəti haqqında müfəssəl, həmin dövrün 85 diplomatı haqqında qısa məlumat öz əksini tapıb. Bu fəslin “Sovetlər dövrü” adlanan bölməsində 1920-1922-ci illərdə sovet Azərbaycanında Xarici İşlər Komissarlığının yaranması, onun fəaliyyətinin getdikcə məhdudlaşdırılması, nəticədə Moskvanın tam nəzarətinə keçməsi və Komissarlığın ləğvi barədə məlumat verilir. Elektron resursun “Müstəqillik dövrü” adlanan bölməsində Azərbaycanın beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi, Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili haqqında lazımı sənədlərin qəbul edilməsi haqqında məlumat verilir".

M. Əhmədov qeyd edib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan bölməsində münaqişənin qısa tarixi şərhi və danışıqlar prosesi barəsində geniş analitik mətn yerləşdirilib: "Resursda Azərbaycan Xalq Cümhuriyyəti, sovetlər dövrü və müstəqillik dövründə xarici işlər naziri vəzifəsində işləyən 15 şəxs haqqında geniş bioqrafik məlumat verilir.

Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, elektron resurs Azərbaycanın xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat aparan şəxslər üçün zəngin informasiya mənbəyidir.

O qeyd edib ki, 1993-2019-cu illərdə xarici siyasətlə bağlı Azərbaycan Respublikasının 1365 Qanunu, Azərbaycan Respublikası Prezidentinin 443 Fərmanı və 2413 Sərəncamı imzalanıb.

Tədbir çıxışlarla başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR