“Azərreyl” klubunun baş məşqçisi dəyişə bilər

“Azərreyl” klubunun baş məşqçisi dəyişə bilər
# 07 may 2010 10:00 (UTC +04:00)
Bakı – APA. “Azərreyl” klubunun türkiyəli baş məşqçisi Adnan Kistak Azərbaycanı tərk edib. Bu barədə apasport.az saytına türkiyəli mütəxəssisin özü məlumat verib. Hazırda Türkiyədə olan Kistak bildirib ki, klubda gələcək taleyinə aydınlıq gəlməyib: “2 gündür Türkiyədəyəm. “Azərreyl”də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Çünki komanda rəhbərliyi ilə bu barədə danışıqlarımız olmayıb. Yekun qərar mayın 25-də Bakıya qayıtdıqdan sonra veriləcək. Həmin vaxt rəsmi danışıqlar olacaq və taleyimə aydınlıq gələcək”.

Qeyd edək ki, Adnan Kistak son mövsümdə “Azərreyl”in baş məşqçi postuna təyin edilib. Onun rəhbərliyi altında komanda Azərbaycan çempionatını 4-cü yerdə başa vurub.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR