Azərbaycan çempionu Çempionlar Liqasına buraxılmadı

Azərbaycan çempionu Çempionlar Liqasına buraxılmadı
# 19 may 2010 10:56 (UTC +04:00)
Bakı – APA. Kişi voleybolçular arasında Avropa kuboklarında Azərbaycanı təmsil edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, klublarımızın reytinqi aşağı olduğu üçün onların Çempionlar Liqasında iştirakı mümkün deyil.

Lakin son ölkə çempionu Bakının “Azərneft” komandası “çəkisinə” görə qitədə ikinci olan Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku uğrunda mübarizə aparacaq.
Paytaxt təmsilçisinin Azərbaycan çempionatının finalında məğlub etdiyi “Sərhədçi”nın isə “Çelenc Cup”da qüvvəsini sınayacağı gözlənilir.

Qeyd edək ki, ölkəmiz son illərdə Avropa kuboku yarışlarında 1 komanda ilə təmsil olunurdu.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR