Azərbaycanda idman mərc oyunlarına start verilib

Azərbaycanda idman mərc oyunlarına start verilib
# 18 yanvar 2011 09:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ilk gündə 42 oyuna pul qoyuluşları qəbul olunacaq. Bu matçlar arasında “Xəzər Lənkəran”la Türkiyənin “Kasımpaşa” klubları arasında yoxlama oyunu da var. Türkiyəlilərin qələbəsi 2,15, heç-heçə 3,25, təmsilçimizin qələbəsi 2,60 əmsalı ilə dəyərləndirilib. Ümumilikdə isə digər bukmeker kontorlarında olduğu kimi, ölkəmizdə fəaliyyət göstərəcək “TopAz”ın məntəqələrində də matçın hesabı, ayrı-ayrı hissələrin hesabı, qolların sayı – çox və ya az olması kimi bir sıra variantlara qoyuluşlar qəbul olunacaq. Qoyuluşlar “TopAz” brendi ilə işləyəcək diler məntəqələrində həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR