“İqtisadçı” Türkiyə yığmasının sabiq voleybolçusunu transfer edir

“İqtisadçı” Türkiyə yığmasının sabiq voleybolçusunu transfer edir
# 09 fevral 2011 15:05 (UTC +04:00)
“İqtisadçı” voleybol klubu növbəti “bomba”sını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı yeni baş məşqçi Jan De Brantın gəlişindən sonra ikinci transferini həyata keçirməyə hazırlaşır.

“İqtisadçı” Kuba yığmasının üzvü Yaima Ortis Çarrodan sonra Türkiyə millisinin üzvü Duyğu Bala elçi düşüb. Mövsümün əvvəlində İtaliyanın A seriyasında mübarizə aparan “Riso Skotti”yə transfer edilən voleybolçu müqaviləsini qarşılıqlı şəkildə pozaraq, təmsilçimizlə anlaşmağa yaxındır. Balla mövsümün sonunacan razılıq əldə edilməsi gözlənilir.

Müxtəlif yaş qruplarında 100 dəfədən çox “ay-ulduzlu” formanı geyinən Bal 190 sm boya malikdir. 24 yaşlı voleybolçu Türkiyədə “Emlak Toki” və “Vakıfbank Günəş Sığorta”da forma geyinib.

Xatırladaq ki, Duyğu mövsümün əvvəlində də Bakı klubundan təklif aldığını etiraf etmişdi. O, hətta razılaşmanın son anda baş tutmadığını bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR