Yığmamızın oyunçusu: “Komandamı dəyişə bilərəm”

Yığmamızın oyunçusu: “Komandamı dəyişə bilərəm”
# 24 may 2012 14:55 (UTC +04:00)
Bakı – APA. “Hələlik gələcək karyeramla bağlı yekun qərar verməyə tələsmirəm. Legioner kimi çıxışımı davam etdirəcəyəm. Amma çox güman ki, hər şeyə sentyabrda aydınlıq gələcək”. Bunu apasport.az saytına Azərbaycan millisinin basketbolçusu Zaur Paşayev deyib.

Gürcüstanın “Kutaisi-2010” klubu ilə ölkə çempionatının bürünc mükafatını qazanan həmyerlimiz yeni mövsümdən daha güclü komandada çıxış etmək fikrindədir. Onun sözlərinə görə, Avropa çempionatının seçmə mərhələsində özünü göstərməklə iddiasını ortaya qoya bilər: “Hər şey mümkündür. Hətta komandamı da dəyişə bilərəm. Yəqin ki, yeni mövsümdən daha güclü klubda olacağam. Amma burada qalacağım da istisna deyil. Bu, həm də Avropa çempionatında göstərəcəyim oyundan asılıdır”.

Qeyd edək ki, Avropa çempionatı avqustda start götürəcək.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR