Bakının “Lokomitiv” voleybol klubuna yeni baş məşqçi təyin edilib

Bakının “Lokomitiv” voleybol klubuna yeni baş məşqçi təyin edilib
# 04 iyun 2012 10:33 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə Bakı təmsilçisini belaruslu Pyotr Xilko çalışdıracaq.

Son ildə Rusiyanın “Avtador-Metara” komandasını çalışdıran 47 yaşlı mütəxəssislə 1 illik razılaşma əldə olunub. Yeni çalışdırıcının qarşısına şərt kimi Çempionlar Liqasında uğurlu çıxış və Azərbaycan Super Liqasında yenə mükafatçılar sırasına düşmək qoyulub.

Lakin rəsmi müqaviləyə hələ imza atılmayıb. Xilko üçün xüsusi təqdimat keçiriləcək və onun KİV nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə razılaşmaya qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Xilko Bakı təmsilçisini seçənə qədər Belarusun “Zapadnıy Buq”, “Nadejda”, “Kovrovşika”, Rusiyanın “Stinola”, “Stinol”, “Kazoanoçki” və Azərbaycanın “İqtisadçı” klublarda baş məşqçi işləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR