“Rabitə” dünya rekordçusu ilə müqavilə bağlayıb

“Rabitə” dünya rekordçusu ilə müqavilə bağlayıb
# 05 iyun 2012 09:09 (UTC +04:00)
Bakı – APA. “Rabitə” bu gün yeni voleybolçunun təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan və dünya çempionu Kolumbiya yığmasının üzvü Madeleyne Montano ilə müqavilə bağlayıb.

1983-cü il təvəllüdlü Montano son 3 mövsümü Cənubi Koreyanın “Daejeon” klubunda keçirib. 186 sm boya malik Madeleyne xal sayına görə dünya rekordçusudur.

2011-ci ilin dekabrında öz rekordunu yeniləyərək (53), bir oyunda nə az, nə çox - 54 xal toplayıb (effektliyi 65 faizdir). Koreya çempionu olan voleybolçu orada oynadığı illərdə ən yaxşı hücumçu və ən dəyərli oyunçu nominasiyasında da birinci olub.

Argentinanın “San Fernando de Katamurka” (1998-1999), Yunanıstanın “Aris” (2004-2006) və “İraklis” (2008-2009) klublarında oynayaraq, bu ölkələrin çempionatında da adından söz etdirən rekordçu İtaliya, Yaponiya, Braziliya və Türkiyədən dəvətlər alsa da, sonda seçimini dünya çempionlarının xeyrinə edib.

“İraklis”lə Yunanıstan kubokunu başı üzərinə qaldıran Madeleyne, həmçinin yığması ilə çıxış etdiyi yarışlarda ən yaxşı hücumçu, ən yaxşı topu oyuna qəbul edən və ən dəyərli voleybolçu olub və tələbələrin yarışında qitələrinin çempionu adını qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR