Madeleyne Montano: “Rabitə”yə qoşulmaq böyük şərəfdir”

Madeleyne Montano: “Rabitə”yə qoşulmaq böyük şərəfdir”
# 05 iyun 2012 11:15 (UTC +04:00)
Bakı – APA. “Rabitə” yeni voleybolçusu ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “Park İnn” otelində baş tutan mətbuat konfransında klubun prezidenti Cəlil Cəfərov Kolumbiya yığmasının voleybolçusu Madeleyne Montanonu təqdim edib.

O, son mövsüm Cənubi Koreyanın “Daejeon” klubunda keçirən oyunçu ilə müqavilənin müddətini açıqlamasa da, Montanonun “Rabitə”yə böyük xeyir verəcəyini bildirib: “Hələ voleybolda yeni mövsüm başlamasa da, biz yeni voleybolçularla güclənməyə başlamışıq. Hər bir komandada dəyişiklər olur, yeni voleybolçular gəlir. Bizim də həmişə bir iddiamız var: qatıldığımız bütün yarışlarda, xüsusilə də Çempionlar Liqasının qalibi olmaq. Montanoya gəlincə, bu oyunçu ilk dəfə avrokuboklara bizim komandanın heyətində qatılacaq. Bununla yanaşı, heyətimizi daha da gücləndirməyə davam edəcəyik. Qarşıdakı günlərdə digər transferlərimizi də açıqlayacağıq və təqdimatını keçirəcəyik”.

1983 təvəllüdlü və 186 sm boya malik voleybolçu isə “Rabitə” kimi möhtəşəm kluba keçidi üçün şad olduğunu deyib: “Rabitə”yə qoşulmaq böyük şərəfdir. Çox sevinirəm ki, bu komanda mənə inanaraq, heyətə cəlb edib. Mən də məsuliyyətimi və klubunun iddialarını yaxşı dərk edirəm. Burada hər şeyin yüksək səviyyədədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR