“Bakı” klubunun avrokubokda rəqibi sabah bəlli olacaq!

“Bakı” klubunun avrokubokda rəqibi sabah bəlli olacaq!
# 06 iyun 2012 08:58 (UTC +04:00)
Bakı – APA. Avropa Voleybol Konfederasiyası (CEV) CEV kuboku və “Çelenc Cup”ın 2012/2013 mövsümünün püşkatmasının vaxtını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından “Bakı” və “İqtisadçı”nın qatılacağı avrokuboklarda rəqibləri sabah bilinəcək.

Püşkatma Lüksemburqda baş tutacaq. Kişi və qadınlar arasında keçiriləcək 2 yarışda 130 klubun iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Bakı” CEV kubokunda debüt edəcəyi halda, “İqtisadçı” “Çelenc Cup”a üçüncü dəfə qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR