Çempionlar Liqasının qalibi Azərbaycanda oynayacaq

Çempionlar Liqasının qalibi Azərbaycanda oynayacaq
# 14 iyun 2012 10:04 (UTC +04:00)
Bakı – APA. “Azərreyl” daha bir voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İtaliya millisinin liberosu Luna Karokkinin ardınca Xorvatiya yığmasının aparıcı oyunçusu Anna Qrbaçı transferini reallaşdırıb.

24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. O, “Azərreyl”ə keçənə kimi 3 müxtəlif ölkədə legioner həyatı yaşayıb. 187 sm boya malik oyun qurucusu vətənində “Rieka”da (2005-2006, 2008-2009), İtaliyada “Peruca”da (2006-2008), İsveçrədə “Volero”da (2009-201) və Polşada “Lodz” (2011-2012) klublarında oynayıb.

O, “Peruca” ilə İtaliya çempionluğu, kuboku, Superkubokuna, CEV kubokuna (2007) və Çempionlar Liqasının qızıl medalına (2008) sahib olub. Qrbaç, həmçinin Xorvatiya (2009) və İsveçrə (2010) çempionatlarının qalibi adını qazanıb. O, həmçinin 2010-cu ildə “Volero” ilə ölkə kubokuna da yiyələnib.

Qeyd edək ki, bununla da “Azərreyl”in transferlərinin sayı 9-a çatıb. Alessandro Çiapininin rəhbərliyi altında Çempionlar Liqasında çıxış edəcək Bakı klubu Qrbiçdən öncə Luna Karokki (İtaliya), Yeon Kinq Kim (Cənubi Koreya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) anlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR