Bakının “Lokomotiv” klubu Çexiya yığmasının voleybolçusunu transfer edib

Bakının “Lokomotiv” klubu Çexiya yığmasının voleybolçusunu transfer edib
# 19 iyun 2012 10:22 (UTC +04:00)
Bakı - APA. “Lokomotiv” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında debüt edəcək “dəmiryolçular” növbəti səs-küylü transferlərini reallaşdırıblar.

Bakı təmsilçisi bu dəfə Çexiya yığmasının aparıcı voleybolçusu Mixaela Monzonini (Hasalikova) rənglərinə bağlayıblar. 28 yaşlı blokçu ilə 1 illik müqavilə imzalanıb.

194 sm boya malik Monzoni son mövsümü vətənində “Modranska”da oynayıb. Mixaela buraya isə məhz Azərbaycandan yollanmışdı. O, 2011/2012 mövsümündə rusiyalı Mixael Omelçenkonun çalışdırdığı “Bakı”da çıxış edib.

“Lokomotiv”in yeni transferi “Bakı” və “Modranska” ilə yanaşı, “Brno” (Çexiya), “CSU Long Beach” (ABŞ) və “Villa Kortese”də (İtaliya) çıxış edib. O, 2010/2011 mövsümündə İtaliya kubokunun qalibi adını qazanıb və A seriyasının gümüş mükafatına layiq görülüb.

Qeyd edək ki, yeni mövsüm üçün belaruslu Pyotr Xilkonu baş məşqçi postuna gətirən “dəmiryolçular” Monzonidən öncə Ju Kosta (Braziliya) və Lesia Braunun (Yamayka) transferini həll ediblər. Onlar ötən ilki heyətdən Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya) və Mariya Filipova (Bolqarıstan) ilə isə müqaviləni yeniləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR