Basketbol üzrə Azərbaycan yığması Əlcəzairlə yoxlama matçı keçirəcək

Basketbol üzrə Azərbaycan yığması Əlcəzairlə yoxlama matçı keçirəcək
# 19 iyun 2012 11:58 (UTC +04:00)
Bakı-APA. Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlaşan kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası sabah Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri İstanbulda 15 günlük təlim-məşq toplanışı keçəcəklər.

Millimiz hazırlıq dövründə 3 rəqiblə oynamağı da planlaşdırır. Artıq komandalardan birinin adına aydınlıq gəlib. Belə ki, yığmamız iyunun 26-da və 27-də Əlcəzair millisi ilə 2 yoxlama matçı keçirəcək. Basketbolçularımız bu görüşün ardınca daha 2 qarşılaşmada gücünü yoxlayacaq. Rəqiblərin adı hələ müəyyənləşməsə də, növbəti matçın iyunun 29-da və ya 30-da baş tutması gözlənilir.

Amerikalı legionerlərimiz istisna olmaqla, bütün basketbolçularımız hazırlıqlarda iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR