Faiq Qarayev qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, təyinatı Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qurumun prezidenti Şahin Bağırov açıqlayıb.
Qarayev daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.
Qeyd edək ki, yığmamızı sonuncu dəfə türkiyəli Ataman Güneyligil çalışdırıb.