2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış edəcək voleybol komandaları reytinqlə müəyyənləşəcək

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış edəcək voleybol komandaları reytinqlə müəyyənləşəcək
# 16 avqust 2013 15:44 (UTC +04:00)

Bakı - APA. 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunları çərçivəsində voleybol və çimərlik voleybolu üzrə yarışların keçirilmə sisteminə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Azərbaycana səfər çərçivəsində mətbuat konfransı keçirən Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer açıqlayıb.

O bildirib ki, voleybol yarışlarında 12 kişi və 12 qadın yığması mübarizə aparacaqsa, çimərlik voleybolunda bu rəqəmlər 32-yə bərabər olacaq. Avropa Oyunlarına vəsiqələrin qazanılması üçün heç bir seçmə mərhələ olmayacaq.

İştirakçıların kimliyinə isə 2015-ci ilin yanvarın 1-də açıqlanacaq reytinq aydınlıq gətirəcək. Həmin siyahıda Avropa voleybol yığmaları arasında ilk 11, çimərlik voleybolu cütlükləri arasında isə ilk 31 yeri tutanlar paytaxtımıza gələcəklər. Yalnız ölkəmiz təşkilatçı kimi 4 yarışın hər birində təmsil olunmaq hüququ əldə edib.

London Olimpiadasında olduğu kimi Bakıda da kişilər bir, qadınlar ertəsi gün mübarizə aparacaq. Bu hesabla gündə 6 oyunun keçiriləcəyi voleybol yarışlarının mükafatçılarının adına 2 həftə ərzində aydınlıq gələcək. Çimərlik voleybolu da Avropa Oyunlarının ilk həftəsindən başlayacaq. Çünki onlar 2015-ci ilə təsadüf edəcək digər məsul yarışa – Hollandiyadakı qitə birinciliyinə hazırlaşmaq üçün də vaxt tapmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR