“İqtisadçı” amerikalı voleybolçu ilə müqavilə bağlayıb

“İqtisadçı” amerikalı voleybolçu ilə müqavilə bağlayıb
# 01 mart 2013 11:24 (UTC +04:00)

Bakı – APA. CEV kuboku ilə vidalaşdıqdan sonra bütün ümidlərini Super Liqaya bağlayan “İqtisadçı” səssiz transfer həyata keçirib. Apasport.az saytının məlumatına görə, universitet komandası amerikalı voleybolçu Lauren Paolininin keçidini rəsmiləşdirib.


192 sm boya malik oyunçu ilə mövsümün sonuna kimi anlaşılıb. 26 yaşlı Paolini “İqtisadçı”ya maliyyə böhranı yaşayan və İtaliya A2 seriyasında oynayan “Krema”dan gəlib. ABŞ millisində 2008-ci ildən 23 oyuna çıxan Lauren daha öncə “Texas Universiteti” (ABŞ, 2005-2010) və “Asistel”in (İtaliya, 2010-2011) şərəfini qoruyub. O, yığmasının heyətində Panamerika Oyunlarının qalibi olub (2012).

Paolini artıq “İqtisadçı”da debüt də edib. O, “Azərreyl” VIII turun təxirə salınmış oyununda meydana çıxıb və 0:3 hesabı ilə uduzduqları qarşılaşmada 11 xal toplayıb.

Qeyd edək ki, “İqtisadçı” az öncə “Krema”dan Çexiya millisinin üzvü Tereza Matuşkova ilə müqavilə bağlamağa yaxın olsa da, voleybolçu son anda “Beşiktaş”a getmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR