Azərbaycan basketbol yığması ABŞ komandasına qalib gəlib

Azərbaycan basketbol yığması ABŞ komandasına qalib gəlib
# 18 mart 2013 13:28 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ardıcıl 3 dəfə (2010-2012) qalibi olduğu yarışa bu dəfə də qələbə ilə başlayıb.

Asiyaya legionerlərsiz yollanan yığmamız turnirin ilk matçında ABŞ-ın “AİA” klubu ilə qarşılaşıb. Baş məşqçi Elxan Əliyevin yetirmələri şimali amerikalılarla dueldə 95:94 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu 2 komanda ilə yanaşı turnirdə Qazaxıstan və Qırğızıstan milliləri də mübarizə aparır. Dairəvi sistemlə mübarizə aparan komandalar sonradan yarımfinal və final matçlarında da qüvvəsini sınayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR