Azərbaycan çempionatı 4 komanda ilə keçiriləcək

Azərbaycan çempionatı 4 komanda ilə keçiriləcək
# 19 noyabr 2015 08:26 (UTC +04:00)

Bakı – APA. Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasına qatılacaq klubların adları dəqiqləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatda qalib adı uğrunda 4 komanda mübarizə aparacaq.

Belə ki, ötən ilki çempion “Neftçi”, gümüş medalçı “Nəqliyyatçı” ilə yanaşı, “Sumqayıt” və “Nəqliyyatçı gənclər” klubları Azərbaycanın ən güclüsünü müəyyənləşdirəcək. Yarış 3 turdan ibarət olacaq. Klublar noyabr, fevral və apreldə olacaq oyunlarda 3 gün ardıcıl bir-birini sınağa çəkəcək.

Artıq ilk mərhələnin təqvimi və keçiriləcəyi məkan dəqiqləşib. Komandalar Qəbələdə münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar noyabrın 22-24-də Olimpiya Kompleksində olacaq.

Qeyd edək ki, ötən mövsümün bürünc medalçısı “Binəqədi”, həmçinin “Ali Hərbi Məktəb” yarışa qatılmaqdan imtina ediblər.

I mərhələnin təqvimi

22 noyabr

I tur

15:00. “Neftçi” - “Nəqliyyatçı gənclər”

16:30. Açılış mərasimi

17:00. “Sumqayıt” - “Nəqliyyatçı”

23 noyabr

11:00. “Nəqliyyatçı gənclər” - “Sumqayıt”

12:30. “Neftçi” - “Nəqliyyatçı”

24 noyabr

11:00. “Nəqliyyatçı” - “Nəqliyyatçı gənclər”

12:30. “Sumqayıt” - “Neftçi”

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR