Azərbaycan millisi dünya çempionatına yollanıb

Azərbaycan millisi dünya çempionatına yollanıb
# 16 sentyabr 2014 09:49 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliyaya yollanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 23-də start götürəcək dünya çempionatı üçün Apennin yarımadasına gedən millimizin səfərə tez çıxmasında məqsəd mühitə uyğunlaşmaqdır.

Komandamız mundiala kimi burada İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

Qeyd edək ki, dünya çempionatında Çin, Yaponiya, Puetro-Rika, Belçika və Kuba milliləri ilə D qrupunda yer alan yığmamız oyunlarını Bari şəhərində keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR