Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında bu gün yaranacaq fasilə 10 gündən sonra - martın 7-də bitəcək.
Pley-off iştirakçılarının adlarına isə aprelin 4-də aydınlıq gələcək. Həmin gün baş tutacaq XX tura Azərbaycan derbisi – “Azəryol” – “Rabitə” görüşü ilə yekun vurulacaq.
IV dövrədə yeganə fərq XVI tur istisna olmaqla, digər turların eyni gündə olmasıdı. Bu da “Rabitə” istisna olmaqla, digər klublarımızın avrokubokla vidalaşmasından irəli gəlir.
XVI tur
7 mart
16:00. “Azərreyl” – “Rabitə”
Voleybol Mərkəzi
11 mart
18:00. “Lokomotiv” – “Azəryol”
Voleybol Mərkəzi
XVII tur
15 mart
16:00. “Rabitə” – “Telekom”
“Gənclik” Olimpiya İdman Kompleksi
18:00. “Lokomotiv” – “Azərreyl”
Voleybol Mərkəzi
XVIII tur
18 mart
16:00. “Telekom” – “Lokomotiv”
“Gənclik” Olimpiya İdman Kompleksi
18:00. “Azərreyl” - “Azəryol”
Voleybol Mərkəzi
XIX tur
1 aprel
16:00. “Telekom” – “Azəryol”
“Gənclik” Olimpiya İdman Kompleksi
18:00. “Rabitə” - “Lokomotiv”
“Gənclik” Olimpiya İdman Kompleksi
XX tur
4 aprel
16:00. “Telekom” – “Azərreyl”
“Gənclik” Olimpiya İdman Kompleksi
18:00. “Azəryol” - “Rabitə”
Voleybol Mərkəzi