Azərbaycan yığması dünya çempionatında keçirdiyi ikinci oyunda məğlub olub

Azərbaycan yığması dünya çempionatında keçirdiyi ikinci oyunda məğlub olub
# 24 sentyabr 2014 15:06 (UTC +04:00)

Bakı – APA. Bu gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatında II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qat dünya çempionu Yaponiya yığmasını məğlub edən (3:2) komandamız bu dəfə digər Asiya təmsilçisi – Çin millisi ilə üz-üzə gəlib.

Görüş qarşılıqlı hücumlarla başlasa da, hesab 4:4 olduqdan sonra rəqib təşəbbüsə yiyələnib. Bu üstünlük isə sona kimi davam edib.

Yaponlardan fərqli, 2 dəfə dünya çempionu olan “qıyıqgözlər” ilk seti 12 top irəlidə bitiriblər. Bu məğlubiyyətdən sonra baş məşqçisi əvəzi Aleksandr Çervyakov bir sıra taktiki gedişlər edib. Lakin voleybolçularımız düşdükləri çətin vəziyyətdən çıxa bilməyiblər. Əksinə, ilk turda Puerto-Rikaya heç bir şans verməyən (3:0) rəqib daha inamlı təsir bağışlayaraq, növbəti 2 hissəni də asanlıqla qazanıb – 3:0.

Beləliklə, bir setdə 17-dən artıq toplaya bilməyən komandamız II turu xalsız bitirib.

Qrupumuzun digər görüşlərində isə Belçika Yaponiya ilə, Puerto-Rika Kuba ilə qarşılaşacaq.

24 sentyabr

II tur

Çin – Azərbaycan - 3:0 (25:13, 25:16, 25:17)

1. Çin

2

2

0

6-0

150-107

6

2. Belçika

1

1

0

3-0

75-43

3

3. Azərbaycan

2

1

1

3-5

148-175

2

4. Yaponiya

1

0

1

2-3

100-102

1

5. Puerto-Rika

1

0

1

0-3

61-75

0

6. Kuba

1

0

1

0-3

43-75

0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR