Azərbaycan yığmasının üzvü Avropa çempionatının rəmzi yığmasına daxil edilib

Azərbaycan yığmasının üzvü Avropa çempionatının rəmzi yığmasına daxil edilib
# 21 iyul 2014 11:40 (UTC +04:00)

Bakı - APA. Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, finalda İslandiyanı 87:81 hesabı ilə məğlub edən Avstriya millisi doğma meydandakı turnirin qalibi olub.

Həlledici qarşılaşmadan sonra yarışın mükafatçıları və ən yaxşıları mükafatlandırılıb. Azərbaycan milli komandasının üzvü Dina Ulyanova 3 göstəricidə fərqlənib. 25 yaşlı basketbolçu ən məhsuldar oyunçu adını qazanıb – hər oyuna 22 xal. Orta hesabla 12,3 ribaund edən təmsilçimiz bu göstəricidə də çempionatın ən yaxşısı olub. Dina həm də turnirin rəmzi yığmasına düşüb. İslandiyalı Helen Sverisson, avstriyalılar Ziqrid Koyzar, Sara Şixer və maltalı Jozefina Qrimma da “beşlik” də yer alıb.

Qeyd edək ki, təsəlliverici qrupda mübarizə aparan Azərbaycan millisi turniri 6-cı yerdə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR