Faiq Qarayev milli komandanın baş məşqçisi postundan istefa verib

Faiq Qarayev milli komandanın baş məşqçisi postundan istefa verib
# 09 sentyabr 2013 09:13 (UTC +04:00)

Bakı – APA. Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi hər 3 oyunda uduzan Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib. Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazıb.

Xorvatiyaya məğlubiyyətdən sonra səhhətində yaranmış problemi əsas gətirərək, komandanı köməkçisi Aleksandr Çervyakova həvalə edən 54 yaşlı mütəxəssis Belarus və Rusiyaya da uduzduqları üçün istefa qərarını verib. Onun millidə qalıb-qalmayacağı komanda Bakıya döndükdən sonra bilinəcək.

Qarayevin yerinə “Azəryol”un braziliyalı çalışdırıcısı Ancelo Vercesinin gətiriləcəyi istisna edilmir.

Qeyd edək ki, Faiq Qarayevin millidə ən yaxşı nəticəsi 2005-ci ildə Avropa çempionatında 4-cü olmasıdır.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR