Malqorzata Qlinka: “Rabitə” ilə müqayisədə biz daha yaxşı oynadıq”

Malqorzata Qlinka: “Rabitə” ilə müqayisədə biz daha yaxşı oynadıq”
# 11 mart 2013 13:43 (UTC +04:00)

Bakı – APA. “Rəqiblə müqayisədə biz daha yaxşı oynadıq. Azarkeşlərimizin dəstəyi ilə rəqibin üstünlüyə yiyələnməsinə imkan vermədik”. Bu sözləri apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyənin “Vakıfbank” klubunun voleybolçusu Malqorzata Qlinka deyib.


35 yaşlı polşalı Çempionlar Liqasının final maçında “Rabitə” üzərində qazanılan qələbəni şərh edib: “Sözün düzü, “Rabitə”ni bu hesabla məğlub edəcəyimizi gözləmirdik. Lakin bu qələbədə azarkeşlərin böyük rolu oldu. Qalib gəldiyimiz üçün sevinirik. “Rabitə”ni də təbrik edirik ki, onlar yarışı medalla başa vurdular”.

Qeyd edək ki, “Vakıfbank” həlledici görüşdə “Rabitə”yə 3:0 hesabı ilə qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR