Rusiya yığması dünya çempionatına yeni baş məşqçi ilə qatılacaq

Rusiya yığması dünya çempionatına yeni baş məşqçi ilə qatılacaq
# 18 yanvar 2018 14:06 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçiriləcək dünya çempionatında Azərbaycan yığmasının rəqibinin “sükanı arxasına” Vadim Pankov keçib.

“Zariçye-Odintsovo”nu çalışdıran mütəxəssis səsvermədə Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Gilyazutdinovu qabaqlayıb. 53 yaşlı Pankov növbəti 2 ildə Rusiyana başçılıq edəcək.

Qeyd edək ki, yığmamız bu il keçiriləcək mundialda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Azərbaycan, Trinidad və Tobaqo ilə C qrupunda yer alıb. Şimal qonşularımızla oyun isə oktyabrın 2-də Kobedə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR