İyulun 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.24% – 40,842.79 bəndədək, S&P 500 indeksi 1.58% – 5,522.30 bəndədək, Nasdaq indeksi isə 2.64% – 17,599.40 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə iyulun 31-də FTSE 100 indeksi 1.13% – 8,367.98 bəndədək, Almaniyanın DAX indeksi 0,53% – 18,508.65 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.76% – 7,531.49 bənddək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01% artaraq 1.0827 dollar təşkil edib.