Avqustun 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.60% – 38,763.45 bəndədək, S&P 500 indeksi 0.77% – 5,199.50 bəndədək, Nasdaq indeksi isə 1.05% – 16,195.80 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə avqustun 7-də FTSE 100 indeksi 1.75% – 8,166.88 bəndədək, Almaniyanın DAX indeksi 1.50% – 17,615.15 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.91% – 7,266.01 bənddək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% artaraq 1.0932 dollar təşkil edib.