Sentyabrın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.54% – 40,755.75 bəndədək, S&P 500 indeksi 0.30% – 5,503.41 bəndədək azalıb, Nasdaq indeksi isə 0.25% – 17,127.66 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə sentyabrın 5-də FTSE 100 indeksi 0,34% – 8,241.71 bəndədək, Almaniyanın DAX indeksi 0,08% – 18,576.50 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,92% – 7,431.96 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1.1117 dollar təşkil edib.