Qızıl yenidən 3 300 dollardan yuxarı ticarət olunur

Qızıl yenidən 3 300 dollardan yuxarı ticarət olunur
# 21 may 2025 09:56 (UTC +04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,58% artaraq 3 331,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,33% artaraq 33,28 ABŞ dolları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR