Qlobal fond bazarlarında son sutkada qarışıq dinamika müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında “Dow Jones” indeksi 0,16% azalaraq 50 786,01 bəndə enib. S&P 500 indeksi 0,30% artaraq 7 405,73 bəndə, “Nasdaq Composite” isə 0,86% yüksələrək 25 929,66 bəndə çatıb. Kanadanın “S&P/TSX Composite” indeksi də 0,19% artaraq 34 478,74 bənd olub.
Avropa bazarlarında da vahid tendensiya müşahidə edilməyib. FTSE 100 indeksi 0,05% artaraq 10 373,20 bəndə yüksəlib. Bununla yanaşı, Almaniyanın “DAX” indeksi 0,58% azalaraq 24 616,22 bəndə, Fransanın “CAC” 40 indeksi isə 0,23% enərək 8 199,29 bəndə düşüb.
Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 1,78%, “TOPIX” indeksi isə 0,92% artıb. Çinin CSI 300 indeksi 0,75% yüksəldiyi halda, Honq Konqun Hang Seng indeksi 0,23% azalıb.
Analitiklər bildirirlər ki, bazarlarda investorların diqqəti ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərə, eləcə də Yaxın Şərqdə geosiyasi gərginliyin enerji və inflyasiya risklərinə mümkün təsirlərinə yönəlib. ABŞ texnologiya şirkətlərinin səhmlərinə tələbin davam etməsi Nasdaq indeksini dəstəkləyib.